İyirmi altı fevral… o mənfur gecə,
Nələr gətirmədi Azərbaycana.
Qərinələr keçə,əsrlər keçə,
Tarix bağışlamaz onu vicdana.
O gecə vicdanın susdu səsi də,
İnsanlıq adına ləkə vuruldu.
Dünyanın ən böyük faciəsi də,
O gecə yaşandı, matəm quruldu.
İyirmi altı fevral… Xocalı günü,
Günlərin qarası, günlərin pisi.
Yayıldı ərşə də insanın ünü,
Allah bağışlamaz zülmkar kəsi.
Şəhidlər qürurlu ölümləriylə,
Tarixə ən böyük dastan yazdılar.
Dünya seyr eləyib öz gözləriylə,
İnandı, yoxsa ki, inanmazdılar.
Bir qadın.
Ilahi bu nədir? bu dəhşət nədir?
Tarixdə görünməz müsibət nədir?
Qanlar axa-axa selə dönübdür,
Xocalı qanlı bir gölə dönübdür.
Bu gün cəhənnəmi yaşayıram mən,
Dözülməz əzabı daşıyıram mən.
Qoca kişi.
Bir körpəyə baxın qolları sınmış,
Insan da bu qədər zalım olarmış.
Yox daha dözmürəm, dözə bilmirəm,
Ayağım tutulub gəzə bilmirəm.
Ana.
Gözlərim kor ola görməyəydi kaş,
Bədəndən ayrılıb tənha qalıb baş.
Uzaqda bir qızın gözü oyulub,
Biri dərisindən tamam soyulub.
Ah nələr çəkirəm, yanır bu ürək,
Sizin qisasınız alınsın gərək.
Hanı bu dünyada ədalət hanı?
Nə günə qoyarmış insan, insanı.
(Uzaqdan bir balaca uşaq ağlaya-ağlaya ata-anasının meyiti üstə qışqırır).
Uşaq.
Anacan, atacan niyə dinmirsiz?
Məni yalqız qoyub hara gedirsiz?
Sizsiz bu dünyada qalacam yetim,
Bilmirəm nə edim, mən hara gedim.
(Üüü)
Cavan qız.
Əlini mənə ver ey qoca ana,
Qoy kömək eləyim qaçaq bir yana.
Bəlkə xilas edə bildim mən səni,
Odur ki, mənə ver tez ol əlini.
(Uzaqdan bir əsgər qışqırır)
Əsgər.
Atın güllələri durmadan yenə,
Hamınız birlikdə düşmən üstünə.
Ölsək şəhid olub ucalarıq biz,
Yaşarsaq sonadək vuruşarıq biz.
(Bu zaman bir neçə düşmən gülləsi əsgərə dəyərək onu yerə sərir və o son nəfəsdə bu sözləri deyir).
Unutmaz millətim, vətənim məni,
Yaşadan hər zaman yaşadar məni.
Hər kəs öləcəkdir, ölüm bir haqdır,
Vətənçün ölənlər yaşayacaqdır.
Ana.
Öldü… bir əsgər də qəhrəman oldu,
Bir ömrə, həyata nöqtə qoyuldu.
Allah rəhmət etsin ölənlər sizə,
Həm mərhəmət etsin millətimizə.
Şəhidin məkanı əbədi cənnət,
Bunu dərk etsəniz böyükdür hikmət.
Qoca kişi.
Öldün, ölümünlə ucaldın əsgər,
Xalqımız hər zaman qədrini bilər.
Şəhidsən, sən uca bir zirvədəsən,
Bu xalqın, millətin ürəyindəsən.
(Elə bu anda qocanın yanına bir mərmi düşür və qocanın həyatına son qoyur).
Başqa bir qadın.
Ah düşmən, nə qədər acımasızsan,
Körpəyə, qocaya heç baxmayırsan.
Dağıdıb, taladın sən Xocalımı,
Səhraya döndərdin gülüstanımı.
Xocalım məhv oldu, dağıldı Allah,
Bu günü yaşamaq ağırdı Allah.
Cavan qız.
Xocalım qoy sənə baxım doyunca,
Bəlkə görüşmədik ömür boyunca.
Baxıram Xocalım viran görünür,
Hər kəsin gözləri giryan görünür.
Yurdum toz-torpaqdan düman içində,
Xocalım yamandan-yaman içində.
Erməni deyilən ürəyi yoxmuş,
Zülmkar dünyada nə qədər çoxmuş.
İstərdim yaşayım ağrı-acısız.
Neynərəm yaşayım mən Xocalısız.
Dağılsın bu dünya, dağılsın daha,
Çıxmaq istəmirəm onsuz sabaha.
(Bu an onu da güllə məhv edir)
Ana.
Ah nələr yaşadıq, nələri gördük,
Öldüksə fərəhli ölümlə öldük.
Bir nəfər.
Günahsız kəslərin məhv olmasına,
Bu gecə ağladı ulduz da, ayda.
Təbiət özü də qara geyindi,
Bir tək ermənilər güldü, sevindi.
Erməni bir quduz it imiş Allah,
İnsanlıq adını itirmiş Allah.
Əsgər.
Bu gün bir sınaqda yaşadı xalqım,
Ən böyük kədəri daşıdı xalqım.
Qoy bilsin, eşitsin ermənilər,
Qisas qiyamətə qalmaz deyiblər.
Xor.
Heç vaxt unutmarıq Xocalım səni,
Bir gün susdurarıq mənfur düşməni.
Müəllif.
Nə qədər yazsam da Xocalıdan mən,
Milyonda birini yaza bilmədim.
Qan qoxusu gələn sətirlərimdən,
Səhvləri düzəldib, poza bilmədim.
"Xocalı harayı"
(1 pərdəli dram)
Habil Yaşar